Əli Xamneyi bütün müsəlmanları İsraili məhv etməyə çağırdı

Əli Xamneyi bütün müsəlmanları İsraili məhv etməyə çağırdı

7 Fevral 2012 11:55
Bəyəndim (0) Bəyənmədim (0)
"Dünya müsəlmanları yaranmış imkanı əldən verməməlidirlər ki, bu bəladan, yəni xərçəng şişindən həmişəlik azad olsunlar"

İranın Ali dini lideri Ayətulla Əli Xamneyinin hazırladığı yeni doktrina İsrailin yer üzündən silinməsinin məntiqə və mənəviyyata uyğun olduğunu isbat etməyə çalışır. "İsrail Yaxın Şərqdə xərçəng şişidir. İsrail dövləti KİV-i və bombardmançıları öz çirkin məqsədləri üçün istifadə edən şeytan balasıdır. Hər bir müsəlman ona qarşı silahlanmalıdır." Daha sonra dini lider yazır: "Qeyd etdiyim kimi, qəsbkar İsrail müsəlman ölkələri və İslam dini üçün təhlükə mənbəyidir. Dünya müsəlmanları yaranmış imkanı əldən verməməlidirlər ki, bu bəladan, yəni xərçəng şişindən həmişəlik azad olsunlar. Birinci addım İsrailin tam məhv edilməsidir. Bunun üçün İran uzaq mənzilli raketlərini istifadə edə bilər. Bizim aramızda məsafə cəmi 2600 kilometrdir. Biz İsraili bir neçə dəqiqə ərzində yer üzündən silə bilərik." Ə.Xamneyinin fikrincə, İran dövləti İsrailin onun nüvə obyektlərini bombardman etməsini gözləməməlidir: "Müdafiə cihadı İsrailin məhvindən başlamalıdır ki, bu müqəddəs işdə bütün dünya müsəlmanları birləşməlidir. İranın İsrailə qabaqlayıcı zərbələr vurmağa tam mənəvi haqqı çatır. Biz bütün vasitələrlə Fələstində müsəlmanların müqəddəs qanını qorumalıyıq. Əgər düşmən müsəlman ölkəsini işğal edərək günahsız insanların qanını tökürsə, hər bir müsəlman qardaşını qorumağa borcludur. Bunun üçün məhkəmə qərarını gözləməyə ehtiyac yoxdur". Çıxışının sonunda dini lider açıq-aydın bildirib ki, Yaxın Şərqdə İsrailə yer yoxdur: "Dövlətlərin siyasi bölgüsü və sərhədlər aktual deyil. İnsanları din və qan bölgüsü ilə ayırmaq legitimdir. Müsəlmanın qanı kafirlərdən ayrılmalıdır".

Dinimizə görə, günahsız bir insanı məhv etmək bütün kainatı məhv etmək qədər günah sayılır...

Aqil Hüseynov

O.M.