Breyvik müsəlmanlarla vuruşduğu üçün medal istəyir

Breyvik müsəlmanlarla vuruşduğu üçün medal istəyir

6 Fevral 2012 23:32
Bəyəndim (0) Bəyənmədim (0)
Terrorçu törətdiyi hadisənin amalının müqəddəs olduğunu bildir

Norveçli terrorçu Anders Breyvik "İslam müstəmləkəçiliyinə" qarşı vuruşduğu üçün dövlət səviyyəsində medalla təltif olunmaq istəyir. İnterfax-ın Norveç mətbuatına istinadən yaydığı məlumata görə, terrorçu öz hərəkətini vətən xainlərinə qarşı qabaqlayıcı addım kimi qiymətləndirib. O, törətdiyi terror hadisəsinin amalının müqəddəs olduğunu bildirərək deyib: "Mən Norveçin etnik əhalisini çoxmədəniyyətlilik və İslam işğalından qorumağa çalışdım. Biz Norveç müqaviməti olaraq kənardan sakit baxa bilmərik ki, tədricən öz ölkəmizdə milli azlığa çevrilək."

Terrorçunun ən böyük "medalı" vicdan ləkəsidir...

Aqil Hüseynov

O.M.