Siyavuş Novruzov: "İsa Qəmbərə demək lazımdır ki, başqanlıqdan gedirsən, get"

Siyavuş Novruzov: "İsa Qəmbərə demək lazımdır ki, başqanlıqdan gedirsən, get"

6 Fevral 2012 13:48
Bəyəndim (0) Bəyənmədim (0)

"İsa Qəmbərə demək lazımdır ki, başqanlıqdan gedirsən, get. Üç ildir deyir ki, başqanlıqdan gedirəm, amma hələ getməyib. Partiya rəhbərliyindən getməyin yolu var: qurultay keçirilir, istefa verirsən, yerinə yeni şəxs seçilir. Əslində o, başqanlıq müzakirələri açmaqla partiya rəhbərliyində qalmaq müddətini uzatmaq istəyir. Gah deyirlər, Arif Hacılı həbsxanadan çıxsın, qurultayı sonra keçirək. Gah deyirlər, Arif Hacılı həbsxanada qala-qala da başqan seçilə bilər".Bu fikirləri jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib. O bildirib ki, İsa Qəmbər cürbəcür oyunlarla Müsavat başqanlığından ikiəlli yapışıb və əl çəkmir: "Etibar Məmmədov nümunə göstərdi. O, AMİP sədrliyindən getdi, bununla da məsələ bitdi. Ancaq üç ildir ki, İsa Qəmbərin Müsavat başqanlığından getməsi məsələsi qəzet mövzusudur. Ya bu partiyada başqan seçilməyə dəyərli adam yoxdur, ya da indiki partiya sədri bu vəzifədən əl çəkmək istəmir".

O.M.