Rusiya diplomatiyası və kəşfiyyatının rəhbərləri Suriyaya gedirlər

Rusiya diplomatiyası və kəşfiyyatının rəhbərləri Suriyaya gedirlər

4 Fevral 2012 18:35
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Xarici İşlər naziri Sergey Lavrov və Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Mixail Fradkov 07 fevral günü Bəşər Əsədlə görüşmək üçün Suriyaya səfər edəcəklər. S.Lavrov jurnalistlərə bildirib ki, onlar Suriyaya Rusiya prezidentinin xüsusi tapşırığı ilə gedirlər. Bununla belə, səfərin təfərrüatları açıqlanmır. Xarici İşlər naziri çıxışı zamanı həmçinin BMT Təhlükəsizlik Şurasının Suriya ilə bağlı dünən hazırladığı sonuncu qətnaməni də tənqid edib: "Sonuncu variant Rusiyanın fikirlərini nəzərə alır. Belə ki, Suriyaya qarşı sanksiyalar və hərbi müdaxilə istisna olunur. Bununla belə, sənədin 2 bəndi hələ də bizi narahat edir. Əgər onlar BMT Təhlükəsizlik Şurasında yeni bir qalmaqal yaratmağa çalışsalar, biz onun qarşısını alacağıq".

Bəşər Əsədin müsəlman ölkəsinin başçısı olduğunu nəzərə alaraq, istər-istəməz düşünürsən: "Görəsən, Rusiya nə qədər pulun müqabilində Suriya iqtidarını qorumağa canfəşanlıq göstərir? "

Aqil Hüseynov

O.M.