Fransa Senatının bir neçə üzvü Azərbaycana səfər edəcək

Fransa Senatının bir neçə üzvü Azərbaycana səfər edəcək

4 Fevral 2012 18:28
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən bildirilir ki, fevralın 5-də Fransa Senatının bir qrup üzvü Azərbaycana gələcək. Nümayəndə heyətinin tərkibinə Qafqaz dostluq qrupunun sədr müavini Natali Qule ilə yanaşı Azərbaycana xoş münasibət bəsləyən daha 5 senator - Silvi Qo-Şaven, Jan-Mari Bokel, Evre More, Andre Rexard, Cani Lorju daxildir. Bu, onların Azərbaycana ilk səfəridir. Diasporla İş Üzrə Dövlət Komitəsinin dəvəti əsasında Natali Qule tərəfindən uzun müddət öncə planlaşdırılmış bu səfər zamanı nümayəndə heyəti bir sıra rəsmi görüşlər keçirərək Azərbaycan və Fransa arasında arasındakı aktual ikitərəfli məsələləri müzakirə edəcək, habelə məcburi köçkünlərin məskunlaşdıqları bir məntəqəyə baş çəkəcək.

Xatırladaq ki, nümayəndə heyətində təmsil olunanlar Fransa Milli Assambleyası və Senatı tərəfindən qəbul edilmiş "Qanunla tanınmış soyqırımların mövcudluğunun təkzib edilməsi üçün cəza nəzərdə tutan qanun"a qarşı səs vermiş senatorlardır.
Fransa Senatı nümayəndə heyətinin Azərbaycan Respublikasına səfəri fevralın 10-da başa çatacaq.

O.M.