AŞPA rəhbəri Jan Klod Minyon Yuliya Timoşenkonu ziyarətə gedəcək

AŞPA rəhbəri Jan Klod Minyon Yuliya Timoşenkonu ziyarətə gedəcək

1 Fevral 2012 23:18
Bəyəndim (0) Bəyənmədim (0)
J.K.Minyon: "Əgər həbsxana belə komfortludursa, üç ulduzlu hotel kimdirsə, mən də ora gedəcəm"

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri yaxın günlərdə Yuliya Timoşenkonu Kaçanov həbsxanasında ziyarət edəcək. Bu barədə sabiq Baş nazirin şəxsi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, J.K.Minyon məsələyə bu cür aydınlıq gətirib: "Bir neçə gün əvvəl bu otaqda qəbul etdiyim Ukrayna Xarici İşlər naziri məni inandırmağa çalışırdı ki, Timoşenkonun saxlanılma şəraiti və səhhəti yaxşıdır. Mənə dedilər ki, sabiq baş nazirin qaldığı həbsxanada üçulduz hotelin şəraiti var."

"Украинская правда (Ukrayna həqiqəti)" saytının məlumatına görə, AŞPA rəhbərinin sözləri atmaca ilə yekunlaşıb: "Əgər penitensiar xidmətin cəzaçəkmə müəssisəsi belə komfortludursa, üç ulduzlu hotel kimdirsə, mən də ora gedəcəm".
Hər şey itiriləndən sonra qədri bilinir. Bir zamanlar 7 ulduzlu hotelləri bəyənməyən, dövlət iqamətgahlarında dincələn bir şəxs indi 3 ulduzlu motel şəraitinə sevinir...

Aqil Hüseynov

O.M.