V.Jirinovski Rusiya prezidentini çar və ya şah adlandırmağı təklif edir

V.Jirinovski Rusiya prezidentini çar və ya şah adlandırmağı təklif edir

1 Fevral 2012 21:17
Bəyəndim (0) Bəyənmədim (0)
Onun fikrincə, rusca olmayan prezident kəlməsi Rusiya rəhbərinə və xalqına təhqirdir

Rusiya prezidentliyinə namizəd, Liberal-Demokrat partiyasının başçısı Vladimir Jirinovski indən belə Rusiya rəhbərini prezident adlandırmamağa çağırıb. O, özünün də namizəd olduğu vəzifənin Rus çarı və ya Rusiya şahı adlandırılmasını təklif edib. Onun fikrincə, Rusiya parlament respublikası olaraq qalmalı, yalnız ölkə rəhbərinin vəzifəsinin adı dəyişməli, milliləşməlidir. Belə ki, rus olmayan prezident kəlməsi rus xalqına və onun rəhbərinə təhqirdir.

Qeyd olunan fikirlər V.Jirinovskinin bu gün "Известия" qəzetində dərc olunan məqaləsində yer alıb.

Rusiya rəhbəri çar və ya şah adlansa, V.Jirinovski şahın təlxəyi adlanmalıdır...

Murad Şahməmmədov

O.M.