Bu gün mərhum Xomeyni təyyarədən düşdü

Bu gün mərhum Xomeyni təyyarədən düşdü

1 Fevral 2012 21:01
Bəyəndim (0) Bəyənmədim (0)
İslam İnqilabının banisinin şərəfinə fəxri qarovul düzüldü

1979-cu ilin 01 fevral günü İran İslam inqilabının banisi və rəhbəri Ayətullah Ruhulla Musəvi Xomeyni uzunillik sürgündən sonra İrana qayıtmışdı. O zaman İran xalqı onu təntənəli şəkildə qarşıladı. Aradan 33 il ötməsinə baxmayaraq, həmin mərasim bu gün də təkrarlandı.

Nə qədər qəribə görünsə də, Tehranın Xomeyni adına beynəlxalq hava limanına toplaşan fəxri qarovul və minlərlə insan Ayətullahın təyyarədən enəcəyi anı gözləyirdi. Trap təyyarəyə yaxınlaşdı. Qapı açıldı və təntənəli musiqi sədaları altında Xomeyni pilləkənlərdən aşağı "endi". Fəxri qarovulun komandiri ona hesabat verdi. Sonra İran himni çalındı və Ayətullah güllə bəzədilmiş maşına mindirildi.

O.M.