Hakerlər Ukrayna prezidentinin saytını dağıtdılar

Hakerlər Ukrayna prezidentinin saytını dağıtdılar

1 Fevral 2012 19:47
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna prezident administrasiyasına istinadən xəbər yayan "Интерфакс-Украина"-nın məlumatına görə, ölkə prezidenti Viktor Yanukoviçin saytı haker hücumuna məruz qalıb. Prezident administrasiyasından bildirilir ki, sayt ciddi zərbədən "yatır". Dünəndən bəri qızğın iş getsə də, hələlik saytın fəaliyyətini bərpa etmək mümkün olmayıb. Kiber hücumun kökündə sosial şəbəkələrdə dövlət idarələrinin saytlarını dağıdaq çağırışları durur.

O.M.