Ərəb Dövlətləri Liqası Suriya müxalifətini ittiham etdi

Ərəb Dövlətləri Liqası Suriya müxalifətini ittiham etdi

1 Fevral 2012 15:30
Bəyəndim (0) Bəyənmədim (0)
Silahlı müxalifətçilər səbəbsiz yerə orduya hücumlar edir, dinc əhaliyə divan tutur, qarətçiliklə məşğul olurlar

BMT Təhlükəsizlik Şurasında dünən müzakirəyə çıxarılan Ərəb Dövlətləri Liqasının (ƏDL) Suriya ilə bağlı hesabatı bəzi qaranlıq mətləblərə aydınlıq gətirdi. İnterfax-ın məlumatına görə, bu sənəddə əsasən üsyançıların özbaşınalığından bəhs olunurdu. Daha dəqiq desək, silahlı dəstələrin səbəbsiz yerə orduya hücumu və dinc əhaliyə divan tutması barədə məlumatlar yer alırdı. Sənədi və onun müzakirəsini razılıqla qarşılayan Rusiya Suriya barədə irəli sürdüyü fikirlərdə haqlı olduğu qənaətindədir. Rusiya Xarici İşlər nazirinin müavini Gennadiy Qatilov bu məsələdə dünya ictimaiyyətini diqqətli olmağa çağırıb: "ƏDL-nin Suriya barədə hesabatı Rusiyanın mövqeyinin doğru olduğunu sübut edir. Belə ki, hesabatda Suriya müxalifətinin özbaşınalığı barədə kifayət qədər faktlar yer alıb. Silahlı müxalifətçilər səbəbsiz yerə orduya hücumlar edir, dinc əhaliyə divan tutur, qarətçiliklə məşğul olurlar. Ona görə də nəinki Suriya hökuməti, həmçinin üsyançılar atəşkəs barədə sənədi imzalamalıdır. Biz bunu münaqişənin başlandığı vaxtdan israrla deyirik."

Qərb dövlətləri Yaxın Şərqdə suyu bulandırmaqla məşğuldur. Çünki bulanıq suda balıq tutmaq çox asandır. Nəzərə alsaq ki, bu balıq qızıl balıq da ola bilər...

Aqil Hüseynov

O.M.