Oqtay Əsədov Fransanı tənqid etdi

Oqtay Əsədov Fransanı tənqid etdi

1 Fevral 2012 13:36
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Milli Məclisinin bu gün keçirilən plenar iclasında bir neçə deputat Fransanın ATƏT-in Minsk Qrupunun həmsədrliyindən uzaqlaşdırılmasını təklif edib. Parlamentin spikeri Oqtay Əsədov da bu məsələyə kəskin fikir bildirib: "Fransa uydurma erməni soyqırımı ilə bağlı qanun qəbul etməklə həmsədrlik üçün mənəvi haqqını itirib, lakin hüquqi haqqını itirməyib. Biz müəyyənləşdirməliyik ki, Fransanın uzaqlaşdırılmasının hüquqi forması necədir. Bu, bizim istəyimizdən asılı məsələ deyil".

O.M.