BMT Bəşər Əsəddən 15 günə istefa verməyi tələb etdi

BMT Bəşər Əsəddən 15 günə istefa verməyi tələb etdi

31 Yanvar 2012 21:33
Bəyəndim (0) Bəyənmədim (0)
O, bütün səlahiyyətlərini vitse-prezidentə təhvil verməli, ordunu geri çəkməli, siyasi məhbusları azadlığa buraxmalıdır

BMT Təhlükəsizlik Şurası tərəfindən cümə axşamı müzakirəyə çıxarılacaq Suriya ilə bağlı qətnamədə, sən demə, Bəşər Əsədin 15 gün ərzində istefa verməsi barədə müddəa da var. Qətnamənin mətnini əldə edən Britaniyanın The Guardian qəzeti yazır ki, B.Əsəddən deyilən vaxt ərzində bütün səlahiyyətlərini vitse-prezidentə təhvil vermək, ordunu geri çəkmək və siyasi məhbusları azadlığa buraxmaq tələb olunur. Bundan başqa, ölkədə dinc nümayişlərin keçirilməsinə şərait yaratmaq da Suriya rəhbərləri qarşısında ultimatum şəklində qoyulub. Digər müddəalarda isə qaçqınlar və məcburi köçkünlərin geri qaytarılması barədə plan yer alır.

O.M.