Avropa liderləri İrana və Suriyaya qarşı sanksiyaları dəstəklədilər

Avropa liderləri İrana və Suriyaya qarşı sanksiyaları dəstəklədilər

31 Yanvar 2012 11:11
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa Şurasına daxil olan ölkələrin dövlət və hökumət rəhbərləri 23 yanvar tarixində Xarici İşlər nazirlərinin qəbul etdiyi qərarı dəstəkləyərək İrana qarşı sanksiyaları qüvvədə saxlamağın tərəfdarı oldular. Interfax-ın məlumatına görə, bunu Brüssel sammitindən sonra Avropa Şurasının rəhbəri Xerman van Rompey jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Avropa liderləri İran neftinə qarşı embarqonu da dəstəkləyiblər. Rompey çıxışı zamanı həmçinin İranı nüvə təhqiqatlarına son qoymağa və beynəlxalq öhdəlikləri yerinə yetirməyə dəvət edib. Bununla belə, qurumun rəhbəri İranla bağlı yaranmış problemin diplomatik yollarla həllinə çalışdıqlarını bildirib.

Avropa Şurasının rəhbəri Suriya mövzusundan da yan keçməyib. O, BMT Təhlükəsizlik Şurasını Suriya məsələsində həssas olmağa və ölkədəki repressiyalara son qoymaq üçün qəti addımlar atmağa səsləyib.

O.M.