VİDEO-ABŞ prezidentliyinə namizəd həbsə alına bilər

VİDEO-ABŞ prezidentliyinə namizəd həbsə alına bilər

31 Yanvar 2012 10:50
Bəyəndim (0) Bəyənmədim (0)
O, "Rokki-3" filmindəki musiqini oğurlamaqda ittiham olunur

Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd olan Nyut Qinqriç həbsə alına və cərimə oluna bilər. Belə ki, o, seçki marafonunda qeyri-qanuni olaraq "Rokki-3" filminin "Pələng gözləri" sauntrekindən istifadə edir. Reuters-in məlumatına görə, mahnının müəllif hüquqlarına malik "Rude Music" bu gün prezidentliyə namizədi, onun "Nyut-2012" adlı seçki qərargahını və namizədə dəstək verən "Amerika mühafizəkarlar ittifaqı" təşkilatını məhkəməyə verib. Proses İllinoys ştatının federal məhkəməsində keçiriləcək. Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd Nyut Qinqriçin günahı sübuta yetiriləcəyi təqdirdə onu 5 ilədək həbs cəzası və 250 min dollar cərimə gözləyə bilər.

Xatırladaq ki, adıçəkilən sauntrek dəfələrlə "Qremmi" mükafatına layiq görülüb. Mahnının müəllifi Frenk Sallivan, sahibi isə "Rude Music" şirkətidir.

Bu dəfə məşhur Rokkinin zərbəsi prezidentliyə namizədi nokauta sala bilər...

Murad Şahməmmədov

O.M.