Rusiya Suriyaya qarşı BMT Təhlükəsizlik Şurasının qətnamə layihəsini qəbul etməyəcək

Rusiya Suriyaya qarşı BMT Təhlükəsizlik Şurasının qətnamə layihəsini qəbul etməyəcək

30 Yanvar 2012 21:42
Bəyəndim (0) Bəyənmədim (0)

Qərb və Ərəb ölkələrinin hazırladıqları BMT Təhlükəsizlik Şurasının qətnamə layihəsini Rusiya indiki halda qəbul edə bilməz. İtar Tass-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər nazirinin müavini Gennadiy Qatilov deyib: "Biz Çinlə birgə oktyabr ayında Suriya barəsində çıxarılacaq qətnamənin əleyhinə səs vermişdik. İndiki sənəd də o birindən geri qalmır. Ən əsası odur ki, sənəddə Suriyanın işlərinə qarışmaq üçün kifayət qədər boşluqlar var".

O.M.