Türkiyə gizli yollarla Həmasa maddi yardım edəcək

Türkiyə gizli yollarla Həmasa maddi yardım edəcək

27 Yanvar 2012 14:29
Bəyəndim (0) Bəyənmədim (0)
Terrorçuların maliyyələşdirilməsi "Qəzzanın bərpası və rekonstruksiyası layihələri" adı altında həyata keçiriləcək

"Al-Sharg" qəzetinə istinadən xəbər yayan Mignews.com saytının məlumatına görə, Türkiyə Həmas təşkilatına maddi yardım etməyə başlayacaq. Bu məqsədlə yaxın həftələrdə Qəzzada Türkiyənin nümayəndəliyi açılacaq. Terrorçulara maddi yardım "Qəzzanın bərpası və rekonstruksiyası layihələri" adı altında həyata keçiriləcək. Bu barədə məxfi razılıq Qəzza hökumətinin rəhbəri İsmayıl Haniyenin Türkiyəyə sonuncu səfəri zamanı əldə edilib. Məlumatda o da bildirilir ki, 30 yanvar günü İ.Haniye Həmasın digər donor ölkəsi olan İranı ziyarət edəcək.

O.M.