Rusiyanın MSK sədri işdən azad olunacaq

Rusiyanın MSK sədri işdən azad olunacaq

26 Yanvar 2012 11:05
Bəyəndim (0) Bəyənmədim (0)
Rusiya Dövlət Duması Vladimir Çurova etimadsızlıq məsələsini yaxın günlərdə müzakirəyə çıxaracaq

Rusiya parlamentinin spikeri Sergey Narışkin Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Vladimir Çurovun işdən azad olunması məsələsinə aydınlıq gətirib. İnterfax-ın məlumatına görə, parlamentdə MSK sədrinə etimadsızlıq məsələsinə bu gün deyil, bir neçə gündən sonra baxılacaq: "Dövlət Dumasının şurası əvvəlcə MSK sədrinin hesabatını dinləməyi, sonra isə məsələni gündəmə çıxarmağı məntiqli hesab edir. Daha sonra bu barədə təşəbbüs irəli sürən Duma fraksiyaları ilə birlikdə qərar qəbul etmək olar. Məsələnin müzakirəsi bu gün keçirilməsə də, çox güman ki, ya sabah, ya da yaxın günlərin birində keçiriləcək".

Əsas seçkinin de-fakto nəticələri idi, indi günahı de-yure kiminsə boynuna atmaq olar...

Aqil Hüseynov

O.M.