İsrail prezidenti azərbaycanlı həmkarına təşəkkür etdi

İsrail prezidenti azərbaycanlı həmkarına təşəkkür etdi

26 Yanvar 2012 10:51
Bəyəndim (0) Bəyənmədim (0)

İsrail prezidentinin mətbuat xidməti məlumat verir ki, Davosda keçirilən Ümumdünya İqtisadi Forumu çərçivəsində prezident İlham Əliyevlə görüşən Şimon Peres İsrail vətəndaşlarının həyatını xilas etdiyinə görə Azərbaycan prezidentinə təşəkkürünü bildirib. Buna cavab olaraq İlham Əliyev bildirib ki, Azərbaycan özünü, etnik və dini mənsubiyyətindən asılı olmayaraq vətəndaşlarını müdafiə etmək gücündə olduğunu sübut edib. Azərbaycan prezidenti İsraillə bütün sahələrdə, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığı davam etdirəcəyini bildirib.

Xatırladaq ki, ötən həftə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi Bakıda xarici vətəndaşlara qarşı törədilməsi planlaşdırılan terror aktının qarşısının alınması barədə məlumat yayıb.

O.M.