Ermənistanda doğulan uşağın adını Sarkozi qoydular

Ermənistanda doğulan uşağın adını Sarkozi qoydular

25 Yanvar 2012 22:58
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanın Gümrü şəhərində yeni anadan olmuş uşağın adını valideynləri Sarkozi qoyublar. Səbəb Fransa prezidenti Nikola Sarkozinin ermənipərəst mövqe nümayiş etdirməsidir. Ermənistanın "Aravot" qəzetinin məlumatına görə, balaca Sarkozinin valideynləri böyük Sarkozinin rəhbərlik etdiyi ölkədə ""erməni soyqırımı"nın inkarını kriminallaşdıran" qanunun qəbul edilməsi şərəfinə bu addımı atıblar. Yeni doğulmuş Sarkozi Avetisyanın çəkisi 3 kiloqramdır.

Ən gülməlisi isə odur ki, Ermənistanın iqtidarda olan Respublika partiyası körpənin valideynlərinə nə az, nə çox düz 200 $ yardım edib. Doğum evinin rəhbərliyi isə körpəyə əmzik və sair kimi xırda uşaq ləvazimatları verib.

Ermənilər tarixi yaxşı bilmədikləri kimi adla soyadı da qarışdırırlar. Fransa prezidentinin adı Nikoladır, Sarkozi yox...

Murad Şahməmmədov

O.M.