Küveyt əhalisinin 68%-nin vətəndaşlığı yoxdur

Küveyt əhalisinin 68%-nin vətəndaşlığı yoxdur

25 Yanvar 2012 14:54
Bəyəndim (0) Bəyənmədim (0)
Gəlmələr Küveyti ələ almaq istəyirlər

Küveyt ərəb ölkələri arasında ən zəngin, inkişaf etmiş və demokratik dövlətlərdən biri sayılır. Əmirliyin əhalisinin sayı 3.5 milyon nəfərə çatmaq üzrədir. Lakin maraqlıdır ki, bu insanların mütləq çoxluğunun Küveyt vətəndaşlığı yoxdur. Onlardan müəyyən qismi isə ölkədə ümumiyyətlə qeyri-qanuni yaşayır.

Statistika göstərir ki, bu gün Küveyt əhalisinin 68%-i əmək miqrantlarından ibarətdir. Rəqəmlərin dili ilə desək, ölkədə 600 min hindli, 260 min misirli, 100 min suriyalı, 80 min iranlı, 140 min bədəvi (köçəri ərəblər) və çoxlu sayda digər xalqların nümayəndələri yaşayır. Onların vətəndaşlıq məsələsinin həll olunmamağı son zamanlar ölkədə sosial gərginliyin artmasına gətirib çıxarıb. Belə ki, ötən həftənin sonlarında bədəvilər və onlara qoşulan digər əcnəbilər Küveytdə etiraz mitinqi ilə çıxış ediblər. Yeganə tələbləri Küveyt vətəndaşlığını almaq olub. Polis onların etirazlarına məhəl qoymadan nümayişi zor gücü ilə dağıdıb. Yerli analitiklərin fikrincə, Küveytdə yaşayan miqrantlara vətəndaşlığın verilməsi ölkədəki demoqrafik vəziyyəti tamamilə dəyişə və gələcəkdə Küveyti faktiki olaraq başqa bir dövlətin əyalətinə çevirə bilər.

Türklərin təbirincə desək, vətən doğulduğun yer deyil, doyduğun yerdir...

Murad Şahməmmədov

O.M.