B.Obama: "Biz nüvə İranının yaranmasına icazə verməyəcəyik!"

B.Obama: "Biz nüvə İranının yaranmasına icazə verməyəcəyik!"

25 Yanvar 2012 13:17
Bəyəndim (0) Bəyənmədim (0)
İran yaxın zamanda mövqeyini dəyişməsə, ABŞ hərbi yollara əl atacaq

ABŞ heç bir halda İranın nüvə silahı əldə etməsinə icazə verməyəcək, hətta bunun üçün hərbi müdaxilə tələb olunsa belə. Bu gün prezident Barak Obama Konqresə ünvanladığı illik müraciətində İran mövzusunda qətiyyətli olduğunu bəyan edib. Reuters-in məlumatına görə, B.Obama az da olsa məsələnin sülh yolu ilə həll olunacağına inandığını bildirib. Prezident qeyd edib ki, əgər İran yaxın zamanlarda beynəlxalq təşkilatlarla əməkdaşlığa başlamasa, həyata keçirmək istədiyi nüvə layihəsi ona baha başa gələcək.

Prezident çıxışı zamanı həmçinin İsraili müdafiə etməkdə davam edəcəklərini və Suriyada inqilabın qaçılmaz olduğunu bildirib.

O.M.