Günün fotosu
Günün videosu
Şərhsiz
Avropa Şurasının baş katibi Azərbaycan prezidentinə təşəkkür məktubu göndərdi

Avropa Şurasının baş katibi Azərbaycan prezidentinə təşəkkür məktubu göndərdi

24 Yanvar 2012 14:52
809
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa Şurasının baş katibi Turbyorn Yaqland Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib: "Mənə məlum olub ki, Siz ilin sonundakı ənənəvi əfv fərmanı ilə Mehman Məmmədovu, Cabbar Savalanı və Nizami Şahmuradovu, habelə digər şəxsləri əfv etmişsiniz. Mən Avropa Şurasının müəyyən müddət gözlədiyi bu addıma görə Sizi təbrik etmək istərdim. Biz həmçinin keçən ilin dekabrın 27-də Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsini alqışlayırıq. Bildiyiniz kimi, Azərbaycanla Avropa Şurası arasında əməkdaşlığı, ümid edirəm ki, daha da genişləndirəcək və bu sahədə əlavə inkişafa yol verəcək yeni Fəaliyyət Planını müzakirə edirik.

Buna görə də ümid edirəm ki, yeni Fəaliyyət Planını Sizinlə birlikdə Bakıda işə salacağıq.
Bu imkandan istifadə edərək həmçinin ümidimi bildirmək istərdim ki, yaxın gələcəkdə Azərbaycanla Avropa Şurası arasında imzalanacaq Anlaşma Memorandumu bizim Bakıdakı ofisimizin tam həcmdə fəaliyyət göstərməsinə imkan yaradacaq".

O.M.