Bəşər Əsədin müttəfiqi olan Rusiya onu satdı

Bəşər Əsədin müttəfiqi olan Rusiya onu satdı

24 Yanvar 2012 11:57
Bəyəndim (0) Bəyənmədim (0)
Artıq Suriya iqtidarının yeganə müttəfiqi İrandır

Bildiyiniz kimi, Rusiya və İran Suriya iqtidarının əzəli müttəfiqi sayılır. Hətta Bəşər Əsəd üçün ən kritik anlarda belə bu ölkələr onunla əlaqələrini kəsməyiblər. Geosiyasi maraqlarından çıxış edən İran hələ də öz mövqeyində qalır. Rusiya isə prezident seçkiləri ərəfəsində gözlənilmədən mövqeyini dəyişib. Suriya hadisələrinin 11-ci ayı ərəfəsində Rusiya rəsmiləri Bəşər Əsəd iqtidarına qarşı sərt bəyanatla çıxış etməyə başlayıblar.

Belə ki, Rusiya Dumasının üzvü, prezident D.Medvedevin Afrika üzrə xüsusi elçisi Mixail Marqelov bu gün Suriya iqtidarına qarşı Rusiyanın rəsmi mövqeyini bəyan edib. Reuters-in məlumatına görə, xüsusi elçi deyib: "Bizim BMT Təhlükəsizlik Şurasının qətnaməsinə qoyduğumuz veto sonuncu diplomatik addım idi. O, başa düşməlidir ki, bizim diplomatik arsenalımız bitib. Əsəd bizim mövqeyimizi birmənalı şəkildə qəbul etməli, qırğına və zorakılığa son qoymalı, islahatlara başlamalı, azad seçkilərə start verməli idi. Suriya rəhbərliyi bunu təcili surətdə etməlidir."

Rusiyanın rəsmi mövqeyinin birdən-birə dəyişməsini analitik Yevgeniy Volk belə şərh edir: "Rusiya Suriyanın düşdüyü dalandan məyus olub. Buradan çıxış görünmür. Rusiya rəhbərliyi dərk etməyə başlayıb ki, Əsəd Suriyaya başçılıq edə biləcək şəxs deyil və ölkədə islahatlar qaçılmazdır".

Ağacın kökünə qurd düşdüsə, mütləq çürüyəcək. Yıxılan ağacı baltalamaq isə indiki dövrdə zəhmətkeşlik sayılır...

Aqil Hüseynov

O.M.