Günün fotosu
Günün videosu
Şərhsiz
Fransa senatında Azərbaycan işğalçı adlandırıldı

Fransa senatında Azərbaycan işğalçı adlandırıldı

23 Yanvar 2012 20:41
1 056
Bəyəndim (0) Bəyənmədim (0)
Bu dəqiqələrədək iclas birbaşa yayımlanır

Bu dəqiqələrdə Fransa Senatında ""erməni soyqırımı"nı inkar etməni kriminallaşdıran" qanun layihəsinin müzakirəsi davam edir. Müzakirədə Fransa prezidenti də iştirak edir. İclas "Livestream" internet kanalı vasitəsilə Ermənistanın "Yerkirmedia.am" saytında birbaşa yayımlanır. Xatırladaq ki, müzakirəyə qoyulmuş sənəd "erməni soyqırımı"nı inkar edənlərin 1 il müddətinə azadlıqdan məhrum edilməsini və 45 min avro miqdarında cərimələnməsini nəzərdə tutur. Parlamentin yuxarı palatasında müzakirələr qızğın şəkildə aparılır. Qəribədir ki, çıxış edənlərin əksər çoxluğu qanun layihəsinin tərəfinə çıxış etməklə yanaşı, heç bir əsas olmadan Qarabağ münaqişəsinə də toxunurlar. Təbii ki, ermənilərin xeyrinə. Deputatlardan bir neçəsi Qarabağ münaqişəsi zamanı guya Azərbaycanın işğalçılıq siyasəti nəticəsində onlarla erməni məntəqəsinin tutulduğunu, minlərlə erməninin öldürüldüyünü və didərgin düşdüyünü bildiriblər.

Böyük ehtimalla layihə Senatda təsdiqlənərək, imzalanmaq üçün prezidentə göndəriləcək.

Xatırladaq ki, 22 dekabr 2011-ci ildə Fransanın Milli Məclisi mütləq səs çoxluğu ilə ""erməni soyqırımı"nı inkar etməni kriminallaşdıran" qanun layihəsini qəbul edib.

Minsk qrupunun həmsədrindən Qarabağ məsələsinin həllini gözləmək sadəlövhlük olardı...

Aqil Hüseynov

O.M.