"Venesuela prezidentinin ömrünə maksimum 1 il qalıb"

"Venesuela prezidentinin ömrünə maksimum 1 il qalıb"

23 Yanvar 2012 20:15
683
Bəyəndim (0) Bəyənmədim (0)
Uqo Çaves isə sağlam olduğunu və xəstəliyini çoxdan unutduğunu bildirir

Venesuela prezidenti Uqo Çavesin səhhəti sürətlə pisləşməkdədir. Müalicə həkimlərinin fikrincə, prezidentin ömrünə 9 aydan 1 ilə qədər qalıb. Взгляд.ru-nun İspaniyanın ABC qəzetinə istinadən yaydığı məlumata görə, 30 dekabr günü müayinə aparan həkimlər xəstənin sümüklərində və onurğasında metastaz halının baş verdiyini bildiriblər. Bundan başqa, bağırsaqlında 2-nin 1.5 mm-ə ölçüdə yeni düyünlər tapılıb. Tibbi personalın qərarı əsasında yanvardan etibarən U.Çavesə yüksək dozalı ağrıkəsicilər vurulur. Məhz bunun nəticəsidir ki, ağrılarını hiss etməyən prezident 13 yanvar günü parlamentdə dayanmadan 11 saat çıxış edib.

Xatırladaq ki, Uqo Çaves 2011-ci ilin iyun ayında Kubada cərrahi əməliyyat edilərək kimya terapiyasının iki kursunu qəbul edib. 3-cü kurs isə ötən ilin 3 sentyabrında Venesuelanın paytaxtında hərbi hospitalda həyata keçirilib. Kimya terapiyasının 4-cü mərhələsi yenidən Kubada baş tutub.
Bundan əvvəl venesuelalı cərrah Salvador Navarrete Uqo Çavesin xəstəliyinin ciddi olduğunu bildirmişdi və bu səbəbdən seçkilərin irəli çəkilməsi təklifini irəli sürmüşdü. Bundan sonra ona qarşı təqiblər başladı. Həmin dövrdə Uqo Çaves onu savadsız və təxribatçı adlandırmaqla yanaşı, Venesuela həkimləri də prezidentin xəstəliyinin ağır olmadığını deməyə tələsdilər.

Qeyd edək ki, adətən dekabrda keçirilən seçkilər bu dəfə 2012-ci ilin 07 oktyabr gününə təyin olunub. 22 yanvar günü yerli telekanala müsahibə verən Venesuela prezidenti sağlam olduğunu və xəstəliyini çoxdan unutduğunu bildirib.

O.M.