Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərinin razılaşdırılması istiqamətində irəliləyiş əldə olunub

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərinin razılaşdırılması istiqamətində irəliləyiş əldə olunub

23 Yanvar 2012 14:42
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Soçi şəhərində Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına həsr olunmuş üçtərəfli görüşü başa çatıb. Görüşün nəticələri əsasında Birgə Bəyanat qəbul olunub. Prezidentlər bəyan ediblər ki, intensiv danışıqlar nəticəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərinin razılaşdırılması istiqamətində irəliləyiş əldə olunub. Sülh sazişi hazırlanmasına keçidin mühümlüyünü nəzərə alan Azərbaycan və Ermənistan prezidentləri bu günə kimi görülmüş işlər nəzərə alınmaqla əsas prinsiplər üzrə razılaşmaların əldə olunması prosesini sürətləndirməyə hazır olduqlarını bəyan ediblər. Bəyanatda bildirilir ki, prezidentlər İlham Əliyev və Serj Sarkisyan Rusiyanın və ATƏT-in Minsk Qrupunun digər həmsədrlərinin vasitəçilik missiyasını yüksək dəyərləndiriblər: "Prezidentlər təsdiqləyiblər ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində qarşılıqlı etimadın möhkəmləndirilməsi üçün əsas vasitələrdən biri tərəflər arasında humanitar əlaqələrin inkişafıdır. Bununla əlaqədar Azərbaycan və Ermənistan prezidentləri ziyalılar, elmi və ictimai dairələrin təmsilçiləri arasında dialoqun inkişaf etdirilməsinə dəstək verməyə hazır olduqlarını bildiriblər".

Hər üç prezident həmsədrlərin ATƏT sədrinin xüsusi nümayəndəsi ilə birlikdə qoşunların təmas xəttində təhqiqatın keçirilməsi mexanizminə dair hazırladıqları hesabatı nəzərə alıb və bu işi davam etdirməyi tapşırıblar.

O.M.