Rusiyanın Azərbaycan diasporu sonuncu SSRİ prezidentini məhkəməyə verəcək

Rusiyanın Azərbaycan diasporu sonuncu SSRİ prezidentini məhkəməyə verəcək

23 Yanvar 2012 13:14
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Dövlət Humanitar Universitetinin Qafqaz Mərkəzinin baş direktoru İsmayıl Ağakişiyev bildirib ki, Rusiyanın Azərbaycan diasporu sonuncu SSRİ prezidenti Mixail Qorbaçovu məhkəməyə verməyə hazırlaşır: "1990-cı ilin 20 yanvar günü azərbaycanlıların qanını M.Qorbaçov töküb. Ona görə də o, məhkəmə qarşısında bunun hesabını verməlidir. M.Qorbaçov təkcə Azərbaycan xalqının qarşısında deyil, gürcü və litvalıların qarşısında da hesab verməlidir".

İ.Ağakişiyev onu da bildirib ki, Litva xalqının Mixail Qorbaçovu məhkəməyə verməsi azərbaycanlılara da örnək olmalıdır: "Azərbaycanlılar, gürcülər və litvalıların bu məhkəmə işində birgə fəaliyyət göstərmələri vacibdir".

O.M.