Türkiyənin İraqdakı səfirliyi raket atəşinə tutuldu

Türkiyənin İraqdakı səfirliyi raket atəşinə tutuldu

19 Yanvar 2012 14:30
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə mətbuatının məlumatına görə, bu ölkənin Bağdad elçiliyinin kompleks binası raket atəşinə məruz qalıb. Həmin ərazi ABŞ və Britaniya hərbçilərinin qoruduqları "yaşıl zona"dan kənarda yerləşdiyi üçün terrorçuların qarşısında heç bir maneə olmayıb. Atəş zamanı zərərçəkən olmasa da, insident iki ölkə arasında diplomatik qalmaqala səbəb olub. İraq hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, səfirliyi atəşə tutmuş avtomobil artıq müəyyən edilib.

Hadisə Türkiyə səfirinin İraq XİN-ə çağırılaraq etiraz məktubunu aldıqdan bir gün sonra baş verib. Xatırladaq ki, səfirə "ölkənin daxili işlərinə qarışmamaq" barədə nota verilib. Belə ki, bir qədər əvvəl Türkiyə rəhbərliyi İraqda sünni-şiə qarşıdurmasından narahat olduğunu bildirmişdi.

Onu da qeyd edək ki, ABŞ qoşunları İraqdan çıxarıldıqdan sonra sünni-şiə qarşıdurmasında 200 nəfərdən çox insan qətlə yetirilib.

Dini terrorizm hər yerdə DİN tərəfindən qınanır...

Aqil Hüseynov

O.M.