Rusiyanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyasının qarşısı alındı

Rusiyanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyasının qarşısı alındı

19 Yanvar 2012 12:18
Bəyəndim (0) Bəyənmədim (0)
Rusiyanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyasına cəhd edilib

Qarabağ Azadlıq Təşkilatı (QAT) və Sosial Hüquqların Monitorinqi Qrupunun üzvləri Rusiyanın Azərbaycandakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçirməyə cəhd ediblər. Aksiya 1990-cı ilin 20 Yanvar hadisələrinin 22-ci ildönümünə həsr olunub. Aksiya iştirakçıları "Qanlı yanvarın qatilləri cəzalandırılsın !", "SSRİ-nin varisi kimi Rusiya Azərbaycandan üzr istəməlidir !", "Beynəlxalq qurumlar 20 Yanvar hadisələrini kütləvi qətliam kimi tanımalıdır !", "Rədd ol, Rusiya!", "Rusiya Qarabağ məsələsində ermənipərəst mövqeyindən əl çəksin !" və s. şüarlar səsləndirilib.

Polis razılaşdırılmamış aksiyanın keçirilməsinə imkan verməyib. İştirakçılar səfirliyin binasından uzaqlaşdırılıb. Aksiyanın qətnaməsinin səfirliyə təqdim olunmasına şərait yaradılıb.
Qətnamədə 1990-cı il yanvarın 20-də SSRİ Silahlı Qüvvələrinin Bakıda və Azərbaycanın digər rayonlarında törətdiyi qətliamla bağlı Rusiyaya etiraz bildirilib. Qeyd olunub ki, Azərbaycan parlamenti qanlı 20 Yanvar hadisələrinə obyektiv siyasi qiymət verməlidir. Bundan başqa, sənəddə 20 Yanvar hadisələri insanlığa qarşı cinayət kimi dəyərləndirilib. Bildirilib ki, SSRİ-nin varisi kimi Rusiyanın prezidenti və parlamenti bu hadisələrə görə, Azərbaycan xalqından rəsmi şəkildə üzr istəməlidir. Hadisənin təşkilatçıları Qorbaçov, Yazov, Primakov, Bakatin və digərləri beynəlxalq məhkəməyə verilməli, törədilən qətliam barədə beynəlxalq təşkilatlara müraciət olunmalıdır.

O.M.