Misir inqilabçılarının yalanı üzə çıxdı

Misir inqilabçılarının yalanı üzə çıxdı

16 Yanvar 2012 12:11
Bəyəndim (0) Bəyənmədim (0)
Sən demə, Hüsnü Mübarəkin gizli bank hesabları yox idi

Misirin mərkəzi bankı Ərəb mətbuatında geniş yayılmış bir fikrə aydınlıq gətirib. Məlum olub ki, aylardır bəhs olunan Hüsnü Mübarəkin gizli hesabları barədə məsələ yalandan başqa bir şey deyilmiş. Qeyd edək ki, inqilab zamanı müxalifət onu ölkə sərvətini talamaqda, 9 milyard pulu mənimsəyərək Misir banklarında saxlamaqda ittiham edirdi. İndi isə məlum olur ki, sözügedən məbləğ "ərəb ölkələrindən daxil olmuş vəsait" kimi Mərkəzi Banka mədaxil edilib və ilk əvvəl 4.6 milyard ABŞ dolları həcmində olub. Həmin məbləğ ölkənin balansının hesablanması zamanı nəzərə alınaraq, xarici qiymətli kağızlara, o cümlədən ABŞ xəzinədarlıq istiqrazlarına yatırılıb. Nəticədə, 9.2 milyard dollara qədər artıb.

Xatırladaq ki, adıçəkilən məbləğ hər zaman dövlət hesablarında öz əksini tapıb və Hüsnü Mübarəkə şəxsən aidiyyatı olmayıb.

İnsanlar ilk növbədə öz xislətləri üzəndə inqilab etməlidirlər...

Murad Şahməmmədov

O.M.