Amerikalı general İsrail səfərində İrana mümkün zərbələri müzakirə edəcək
ABŞ-ın Qərargah rəisləri birləşmiş komitəsinin rəhbəri Martin Dempsi bu həftənin cümə axşamı günü İsrailə səfər edəcək. İnterfax-ın məlumatına görə, səfərdə İrana ediləcək mümkün zərbələr məsələsi müzakirə olunacaq. İsrail Müdafiə Nazirliyi məlumatın birinci hissəsini təsdiqləsə də, müzakirə olunacaq mövzuları açıqlamayıb. ABŞ hərbi mənbələri isə açıq aydın bəyan edirlər ki, İsrailin birtərəfli şəkildə İranı bombardman etmək istəyindən narahatdırlar.
O.M.
Digər xəbərlər