Qətər əmiri ərəb ölkələrini Suriyaya hücum etməyə səslədi
Qətər bu addımı atan ilk ərəb dövləti oldu
Qətər dövlətinin əmiri Hamad ben Halifa əl Tani Suriyadakı vətəndaş müharibəsinə son qoymaq üçün ərəb ölkələrini hərbi müdaxiləyə çağırdı. Əmir"CBS News" televiziya kanalının "60 dəqiqə" verilişinə müsahibə verərkən bəyanatını səsləndirdi.
Qeyd edək ki, Qətər ABŞ-ın Yaxın Şərqdə ən yaxın tərəfdaşlarından biri sayılır. Məhz bu dövlət Liviya müxalifətçilərinə açıq dəstək verirdi. İndi isə Qətər ərəb ölkələri arasında Suriyaya hücuma səsləyən ilk dövlət oldu.
Xatırladaq ki, BMT-nin məlumatına görə, Suriyada 10 aydır davam edən qarşıdurmada 5-6 min insan həlak olub.
Deyəsən, əmir unudur ki, Qətərdə də monarxiya quruluşu hökm sürür...
Murad Şahməmmədov
O.M.
Digər xəbərlər