Məhəmməd əl Baradeyi Misir prezidentliyinə namizədliyini geri götürdü

Məhəmməd əl Baradeyi Misir prezidentliyinə namizədliyini geri götürdü

14 Yanvar 2012 19:21
Bəyəndim (0) Bəyənmədim (0)
"Onlar ölkəni elə idarə edirlər ki, elə bil heç inqilab olmayıb"

Beynəlxalq Atom Enerjisi Agentliyinin (İAEA) sabiq rəhbəri, Nobel mükafatı laureatı Məhəmməd əl Baradeyi Misirdə keçirilən prezident seçkilərində öz namizədliyini geri götürüb. O, bu addımını ölkədə qeyri-demokratik şəraitin hökm sürməsi ilə əlaqələndirib. Məhəmməd əl Baradeyi jurnalistlər qarşısında çıxışı zamanı indiki hərbi rəhbərliyi də kəskin tənqid atəşinə tutub: "Onlar ölkəni elə idarə edirlər ki, elə bil heç inqilab olmayıb".

Xatırladaq ki, ötən ilin fevral ayında Hüsnü Mübarək devrildikdən sonra M.Baradeyi azad prezident seçkilərində iştirak edə biləcəyini bildirmişdi.
Onu da qeyd edək ki, hakimiyyət seçkilərin dəqiq tarixini elan etməyib. Bununla belə, yeni prezidentin 01 iyula qədər vəzifəsini icra edəcəyinə söz verib.

Yeri gəlmişkən, aparılan sorğular əhalinin 70-80 faizinin islamçıları dəstəklədiyini göstərir.

Tarix boyu ərəb inqilabları demokratiyanı deyil, yeni diktatorları yetişdirib...

Murad Şahməmmədov

O.M.