Rusiya: "Ərəb ölkələrini radikal islamçılar idarə edəcək!"

Rusiya: "Ərəb ölkələrini radikal islamçılar idarə edəcək!"

14 Yanvar 2012 18:04
Bəyəndim (0) Bəyənmədim (0)
Rusiya Qərb ölkələrini "Ərəb baharı"ndan əl çəkməyə səslədi

Rusiyanın NATO-dakı sabiq elçisi Dmitriy Roqozin Blüsseldə çıxışı zamanı Qərb ölkələrinə səslənib. O, "Ərəb baharı"nın törədəcəyi fəsadlarda danışarkən deyib: "Biz bunu istəsək də, istəməsək də devrilmiş hakimiyyətləri radikal islamçılar, terror təşkilatları ilə əlaqəli qüvvələr tutacaqlar. "Ərəb baharı" qaynar islam yayı ilə bitəcək. Bu isə Qərbin xoşuna gəlməyəcək. Sonra hamımız üçün gec olacaq. Suriyada üsyançılara verilən dəstəyə son qoyulmalıdır. Diktatorlar və Əl Qaidə ilə əlaqəli qüvvələr arasında seçimdə Qərb ikincilərə üstünlük verdi. Bu çox yanlış addımdır və təhlükəlidir."

Bir dəli bir quyuya daş atandan sonra yüz ağıllı da gəlsə, çıxara bilməyəcək...

Murad Şahməmmədov

O.M.