B.Əsəd 4 aya 30 min müxalifətçini öldürmək istəyir

B.Əsəd 4 aya 30 min müxalifətçini öldürmək istəyir

14 Yanvar 2012 17:32
Bəyəndim (0) Bəyənmədim (0)
Rusiya onun yeni planına dəstək vermədi

Livanın "An Nahar" qəzetinə istinadən Rusiyanın Mignews.com saytı yazır ki, Suriya prezidenti Bəşər Əsəd ölkədə stabilliyin bərqərar olunması üçün xüsusi plan hazırlayıb. Ölkə başçısı bununla Qərbin onu devirmək planını heçə endirəcəyini iddia edir. B.Əsəd hətta bu barədə Rusiya rəhbərliyinə məktub da göndərib. Məktubda planın detalları açıqlanır. Belə ki, 4 ay ərzində Suriyanın bütün ərazisində fəal müxalifətçilərə qarşı repressiyalar və terrorlar nəzərdə tutulur. Bu zaman 30 min insanın qətlə yetirilə biləcəyi ehtimal olunur.

Məlumatda bildirilir ki, Rusiya tərəfi B.Əsədin bu təklifini dəstəkləməyib. Ona qırğınların sayı artacağı təqdirdə, nə siyasi, nə də hərbi kömək edə bilməyəcəyini bildirilib.

Qeyd edək ki, dünən İdlib şəhərində növbəti etiraz aksiyasının dağıdılması zamanı 25 nəfər öldürülüb.

Ağacın kökünə qurd düşdüsə, mütləq çürüyəcək...

Murad Şahməmmədov

O.M.