Rusiya İranın təhlükəsizliyini öz təhlükəsizliyi sayır

Rusiya İranın təhlükəsizliyini öz təhlükəsizliyi sayır

14 Yanvar 2012 16:54
Bəyəndim (0) Bəyənmədim (0)
"İranı hərbi əməliyyatlara cəlb etsələr, bu, birbaşa Rusiyanın təhlükəsizliyinə zərbədir"

Rusiya Federasiyasının NATO-dakı xüsusi elçisi Dmitriy Roqozin yeni vəzifəyə keçməsi ilə əlaqədar Brüsseldə vida nitqi ilə çıxış edib: "İran bizim qonşumuzdur. İranı hərbi əməliyyatlara cəlb etsələr, bu, birbaşa Rusiyanın təhlükəsizliyinə zərbədir." Rusiya rəsmisi çıxışı zamanı həmçinin İran neftinin eksportuna qoyulan qadağaya qarşı olduqlarını da bildirib: "Əlbəttə ki, biz nüvə silahının yayılmasına qarşıyıq. Eyni zamanda inanırıq ki, İran da daxil olmaqla bütün dövlətlərin özünü rahat hiss eləməyə haqqı var."

Xatırladaq ki, Dmitriy Roqozin vəzifədə yüksələrək Rusiya Baş nazirinin hərbi məsələlər üzrə müavini seçilib.

Sözsüz ki, Rusiyanı İranın təhlükəsizliyi deyil, rejimin təhlükəsizliyi narahat edir...

Aqil Hüseynov

O.M.