Rauf Denktaş 88 yaşına 14 gün qalmış vəfat etdi

Rauf Denktaş 88 yaşına 14 gün qalmış vəfat etdi

14 Yanvar 2012 00:03
Bəyəndim (0) Bəyənmədim (0)

Şimali Kipr Türk Cümhuriyyətinin qurucusu və ilk prezidenti olmuş Rauf Denktaş dünən axşam saatlarında vəfat edib. Tanınmış siyasətçi, dövlət xadimi yanvarın 9-da Yakındoğu Universitetinin xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi. Dünən günün ilk saatlarından komaya düşən R.Denktaş daxili orqanlarındakı problemlərdən əziyyət çəkirdi.

Xatırladaq ki, Rauf Denktaş 27 yanvar 1924-cü ildə Kiprin Baf şəhərində anadan olub.

O.M.