İran UNESCO-nu terroru dəstəkləyən təşkilat adlandırdı

İran UNESCO-nu terroru dəstəkləyən təşkilat adlandırdı

13 Yanvar 2012 20:06
Bəyəndim (0) Bəyənmədim (0)

İranın UNESCO-dakı səfiri Məhəmməd Rza Məcidi bu təşkilatı terroru dəstəkləməkdə ittiham edib. Səfir həmçinin UNESCO-nun üzvlərini İranda baş vermiş terrora səssiz qalmaqda qınayıb. İranın Fars agentliyinin məlumatına görə, bu ölkədə nüvə təhqiqatları aparan alimin öldürülməsi beynəlxalq səviyyədə müzakirə olunmalı idi, lakin UNESCO üzvləri etinasızlıq göstərdilər. Məhz buna görə də səfir təşkilatın Baş katibi İrina Bokovaya açıq məktub ünvanlayıb. Məktubda yazılır: "UNESCO məmurlarının sükutu bu təşkilatın terrora verdiyi dəstəyin nümunəsidir. Sizin tarixi vəzifəniz bu hadisəni pisləmək, qarşısını almaqdır."

O.M.