Əlcəzairin əksər siyasətçiləri Ərdoğanın soyqırım haqda səsləndirdiyi fikirlə razıdır

Əlcəzairin əksər siyasətçiləri Ərdoğanın soyqırım haqda səsləndirdiyi fikirlə razıdır

12 Yanvar 2012 17:05
Bəyəndim (0) Bəyənmədim (0)
Əlcəzairin baş naziri isə Fransa qarşısında baş əyməklə məşğuldur

Əlcəzairin Sülh Uğrunda Sosial Hərəkat partiyasının rəhbəri Bucuerra Soltani Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğanın əlcəzairlilərin soyqırımı haqda səsləndirdiyi fikirləri dəstəkləyib: "Bu, Türkiyə dövlətinin Fransaya qarşı əsəbi olmasının nəticəsi deyil. Türkiyə Fransanın müharibədən sonra günahsız əlcəzairliləri öldürməsini qınayır. Qətliam törətmiş bir dövlət "erməni soyqırımı"nın inkarını kriminallaşdıran qərar verə bilməz. Bundan Əlcəzair hökuməti də narahatdır".

Buna baxmayaraq, Əlcəzairin Baş naziri Ahmed Yahya türkiyəli həmkarının sözlərindən narazıdır. O, rəsmən tələb edib ki, R.T.Ərdoğan əlcəzairlilərin qanından öz məqsədləri üçün istifadə etməyə son qoysun.

Bucuerra Soltani isə Əlcəzair Baş nazirinin fikri ilə şərik deyil: "R.T.Ərdoğan əlcəzairlilərin qanından öz məqsədləri üçün istifadə etmir. Bizim tarixi yaramız var. Əgər fransızlar deyirlərsə türklər 1915-ci ildə ermənilərin qanını töküb, Erdoğan da onlara fransızların Əlcəzairdə tökdükləri qanı xatırladır. Ahmed Yahya isə Fransa qarşısında baş əyməklə məşğuldur".

Çox əyiləni sındırmaq asan olur...

Aqil Hüseynov

O.M.