Estoniya paytaxtında ictimai nəqliyyat pulsuz olacaq

Estoniya paytaxtında ictimai nəqliyyat pulsuz olacaq

11 Yanvar 2012 21:08
Bəyəndim (0) Bəyənmədim (0)

Tallin şəhərinin meri Edqar Savisaar yerli "Ohtuleht" qəzetində maraqlı bir təkliflə çıxış edib. O, 2013-cü ildə ictimai nəqliyyatın pulsuz olması fikrini irəli sürüb. Mer bunun vətəndaşların hərəkət hüquqlarının bərabərliyinə, ekoloji vəziyyətin yaxşılaşacağına, tıxacların azalacağına səbəb olacağını bildirib. O, analoji praktikanın Fransa, Belçika və ABŞ-ın kiçik şəhərlərində tətbiq olunduğunu qeyd edib.

Bu barədə 19-25 martda Tallində sorğu keçiriləcək. Nəticə müsbət olarsa, qanun layihəsi 2013-cü ildən qüvvəyə minəcək.

Onu da qeyd edək ki, hər il ictimai nəqliyyatdan əldə olunan gəlir 20 milyon avro təşkil edirdi. Bu isə ümumi xərcin 1/3-ni təmin edirdi. Qalan məbləğ şəhər büdcəsindən ödənilirdi.
Mütəxəssislərin fikrincə, şəhər meri bu addımı təsadüfən atmayıb. Belə ki, məhz 2013-cü ildə yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək.

Rüşvətin sivil yolları da olurmuş...

Aqil Hüseynov

O.M.