Misir ildə iki dəfə milli müstəqillik gününü qeyd edəcək

Misir ildə iki dəfə milli müstəqillik gününü qeyd edəcək

11 Yanvar 2012 18:43
Bəyəndim (0) Bəyənmədim (0)
23 iyul və 25 yanvar günü təqvimlərdə xüsusi ilə qeyd edilib

Bu ildən etibarən misirlilər ildə iki dəfə müstəqillik gününü qeyd edəcəklər. Nə qədər qəribə səslənsə də, bu, yerli təqvimlərdə də qeyd olunub. Əvvəllər 23 iyul günü 1952-ci ildə hökmdarın devrilməsi şərəfinə qeyd olunurdu. Bu ildən etibarən ötən ilki inqilabın şərəfinə 25 yanvar da bayram günü kimi qeyd ediləcək. Misir Hərbi Qüvvələrinin Ali Şurasının başçısı Hüseyn Tantaui bu barədə hələ Hüsnü Mübarək istefaya gedərkən məlumat vermişdi. İndi isə inqilabın birinci ildönümü ərəfəsində o, bu məsələnin rəsmən təsdiqini tapdığını bildirdi.

Mignews.com-un məlumatına görə, bayram üçün geniş hazırlıq işləri gedir. Ali şuranın nümayəndəsi briqada generalı İsmayıl Atman da bu mövzuya toxunarkən deyib: "Həmin tarix milli bayram kimi qeyd olunacaq. Misirlilər üçün 23 iyul inqilabı və 06 oktyabr qələbə günü dəyərində olacaq."

Xatırladaq ki, inqilabın ilk ildönümü Qahirənin Təhrir meydanında hərbi parad və atəşfəşanlıqla qeyd ediləcək. İnqilabda şücaət göstərmiş insanlara mükafatlar veriləcək.

Qəribədir, misirlilər bir hökmdarı devirib, digərini gətirirlər və bunu mili müstəqillik günü kimi qeyd edirlər...

Murad Şahməmmədov

O.M.