Eynulla Fətullayev Əli İnsanovla görüşdü

Eynulla Fətullayev Əli İnsanovla görüşdü

11 Yanvar 2012 14:23
Bəyəndim (0) Bəyənmədim (0)

"İnsan haqları uğrunda" İctimai Birliyin sədri, hüquq müdafiəçisi Eynulla Fətullayev Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsində monitorinq keçirib. E.Fətullayevin APA-ya verdiyi xəbərə görə, Qaradağ rayonun Güzdək qəsəbəsində yerləşən cəzaçəkmə müəssisəsində abadlıq işləri aparılır: "Oraya gedən yol bərbad vəziyyətdə idi. Ədliyyə Nazirliyinin rəhbərliyinin göstərişi ilə müəssisəyə yeni yol salınıb. İki barak taxta ilə döşənib. Məhkumların saxlanma şəraiti normaldır".

E.Fətullayev orada saxlanılan sabiq səhiyyə naziri Əli İnsanov və Qarabağ müharibəsi əlili, sabiq briqada komandiri Xosrov Mustafayevlə də görüşdüyünü qeyd edib: "Orada təxminən 20 nəfərlə görüşdüm. Onların arasında Əli İnsanov və Xosrov Mustafayev də var idi. Əli İnsanov taxta döşənmiş barakda saxlanılır. Mənə bildirdi ki, səhhəti normaldır. Ümumiyyətlə, bir sıra xırda problemləri barədə mənə danışdı".
E.Fətullayev monitorinqin nəticələri barədə Ədliyyə Nazirliyinə hesabat verəcəyini də bildirib.

O.M.