İran müstəqil internet yaradır

İran müstəqil internet yaradır

10 Yanvar 2012 16:15
Bəyəndim (0) Bəyənmədim (0)
Ölkənin baş polisi "Google" axtarış portalını casusluq vasitəsi adlandırdı

İran polisinin rəisi İsmayıl Ahmedi Mukadam "İranın milli interneti" mövzusunda keçirilən mətbuat konfransında "Google" axtarış portalının ünvanına tənqidlər söyləyib. Onun fikrincə "Google" axtarış portalı deyil, casusluq vasitəsidir. Mignews.com saytının məlumatına görə, İranın baş polisi ölkəsinin özünəməxsus internet şəbəkəsi yaradacağını bildirib. Bu şəbəkə dünya internetindən təcrid olunacaq: "Biz imkan verməməliyik ki, İranın daxili xəbərləri onun əksinə işləsin. Ölkədaxili internet İran və onun vətəndaşlarının virtual təhlükəsizliyini təmin edəcək."

O.M.