B.Əsəd Baş nazir postuna üsyançılardan birini gətirəcək

B.Əsəd Baş nazir postuna üsyançılardan birini gətirəcək

10 Yanvar 2012 15:39
Bəyəndim (0) Bəyənmədim (0)
Prezidentin səlahiyyətlərinin bir hissəsi Baş nazirə veriləcək

Suriya prezidenti Bəşər Əsəd bu gün yerli televiziya kanalına verdiyi müsahibəsində bildirib ki, ölkədə mart ayında referendum keçiriləcək. Referendumun nəticələri müsbət olarsa, Suriya prezidentinin səlahiyyətləri xeyli məhdudlaşdırılaraq, Baş nazirə veriləcək. Prezident bu vəzifəyə məhz kimin gətiriləcəyini bildirməsə də, onun üsyançıların nümayəndəsi olduğunu bildirib. Səudiyyə Ərəbistanının "Əl Ərəbiyə" kanalının məlumatına görə, konstitusiyada dəyişiklik etmək haqda təklif Rusiya və Çindən gəlib, ABŞ və Ərəb ölkələrinin dəstəyini alıb.

Bununla belə, xəbər verdiyimiz kimi, Bəşər Əsəd vəzifəsindən getməyəcəyini də vurğulayıb. Belə ki, Suriya xalqının hələ də onu sevdiyini hiss elədiyini qeyd edib. Prezident həmçinin bildirib ki, Qərbin Suriyaya qarşı xəyanət planının təfərrüatlarından xəbərdardır.
Xatırladaq ki, Suriya Konstitusiya Komitəsinin araşdırmalarının nəticələri elan olunduqdan sonra, mart ayının əvvəllərində ölkədə ümumxalq referendumu keçiriləcək.
Hələlik isə döyüşlər davam edir. BMT-nin ilkin hesablamalarına görə, ötən ilin mart ayında başlayan etiraz mitinqlərindən bu günə kimi Suriyada 5000 nəfərə qədər insan qətlə yetirilib.

O.M.