Prezident Bəşər Əsəd vəzifəsindən getməyəcək

Prezident Bəşər Əsəd vəzifəsindən getməyəcək

10 Yanvar 2012 14:50
Bəyəndim (0) Bəyənmədim (0)

Suriya prezidenti Bəşər Əsəd bu gün yerli televiziya ilə çıxışı zamanı vəzifəsindən getməyəcəyini bir daha vurğulayıb. O, xalqa ənənəvi müraciəti zamanı bildirib ki, xalqın dəstəyi ilə prezident seçilib və həmin dəstəyi bu gün də hiss edir. Prezident çıxışı zamanı üsyançıları qanundan qaçan cinayətkarlar adlandırıb və onların gec-tez qanunla cəzalandırılacağını qeyd edib. O, həmçinin bildirib ki, aldadılaraq və ya nə isə vəd edilərək dövlətə qarşı çıxarılan insanlar bu addımlarına son qoysalar, əfv ediləcəklər

O.M.