Türkiyə İrana qarşı sanksiyalara qoşulmaqdan imtina etdi

Türkiyə İrana qarşı sanksiyalara qoşulmaqdan imtina etdi

10 Yanvar 2012 13:21
Bəyəndim (0) Bəyənmədim (0)

Çinin "Xuantzyu Şibao" qəzetinə istinadən xəbər yayan İnterfax-ın məlumatına görə, Türkiyə ABŞ və Qərbi Avropa dövlətlərinin İrana qarşı tətbiq etdikləri ağır iqtisadi sanksiyalara qoşulmaq niyyətində deyil. Məlumatda bildirilir ki, Tehrana təzyiqin artırılması üçün ABŞ bütün NATO dövlətlərini, o cümlədən Türkiyəni İrana qarşı sanksiyaların ağırlaşdırılması məsələsində işbirliyinə dəvət edib. Rəsmi Ankara isə yalnız BMT-nin sanksiyalarına hörmət bəslədiyini bildirib və işbirliyi təklifindən imtina edib. Qəzetin fikrincə, ABŞ Dövlət Departamentinin yüksək rütbəli məmurları dəfələrlə Türk həmkarlarını inandırmağa çalışıblar ki, İrana qarşı sanksiyaların ağırlaşdırılması zəruridir. Hətta sonuncu dəfə Dövlət katibinin köməkçisi Uilyan Berns də Ankara görüşlərində heç bir nəticə əldə edə bilməyib.

O.M.