Şimali Koreyada Kim Çen İrin ölüm tarixi qeyd olunmayan təqvimləri qadağan etdilər

Şimali Koreyada Kim Çen İrin ölüm tarixi qeyd olunmayan təqvimləri qadağan etdilər

10 Yanvar 2012 12:21
Bəyəndim (0) Bəyənmədim (0)

KXDR-da kütləvi şəkildə təqvimlər satışdan çıxarılır. İnterfax-ın məlumatına görə, səbəb həmin təqvimlərdə Kim Çen İrin ölüm tarixinin qeyd olunmamağıdır. Bundan başqa, əhalinin əvvəlcədən aldığı təqvimlər də geri toplanır. Mətbəələr isə sürətlə yeni təqvimləri çap etməyə və satışa buraxmağa başlayıblar. Məlumata görə, yeni nüsxələrdə Kim Çen İrin ölüm tarixi ilə yanaşı Şimali Koreyanın 28 yaşlı rəhbəri Kim Çen Inın da doğum tarixi xüsusi qrafa ilə qeyd olunacaq, yəni 08 yanvar günü.

O.M.