VİDEO-2024-cü ildə vahid müsəlman dövləti yaradılacaq

VİDEO-2024-cü ildə vahid müsəlman dövləti yaradılacaq

10 Yanvar 2012 00:24
Bəyəndim (0) Bəyənmədim (0)
Xilafət Fələstini, İranı və Ərəbistanı əhatə edəcək

Tanınmış sələfi ilahiyyatçı Yasir əl Acluni İslam hümmətinə müraciət edib. Yaxın Şərq Araşdırmaları İnstitutunun (MEMRİ) mütəxəssisləri alimin çıxışını ingilis dilinə tərcümə ediblər.

Yasir əl Acluni çıxışında deyib: "Mən İslam millətinə xoş bir xəbəri çatdırmaq istəyirəm. Xilafətin bərpasına az vaxt qalıb. Xilaskar Qüdsdə zühur edəcək və Fələstinə sahib çıxacaq. Bu xilafət həmçinin İran və Ərəbistanı da əhatə edəcək." Daha sonra ilahiyyatçı alim xəlifənin kimliyi barədə məlumat verib: "Mən əminəm, Allah daha yaxşısını bilir. O, yəni xəlifə artıq bizim aramızdadır, biz onu öz gözlərimizlə görürük. Onun adı Abdulladır və hazırda o, İordaniyanı idarə edir. Allah onu böyük fəthlərə yollayacaq və İnşallah 1446-cı ildə (miladi təqvimi ilə 2024) biz onun şahidi olacağıq ki, Əl-Aksa məscidi ən gözəl şəkildə yenilənəcək. Möcüzəvi inqilab bütün müsəlmanların razılığı ilə baş tutacaq. Bu xilafət Peyğəmbərimizin istədiyi kimi olmasa da, İnşallah, Abdullanın oğlu onu daha da təkmil edəcək. Məncə o insanın adı Məhəmməd olacaq. Allah daha doğrusunu bilir. Rəbbimin köməyi ilə yaxın gələcəkdə yeni təfərrüatları hümmətimlə paylaşacam."

Məşhur İslam alimi bilməlidir ki, ərəb xalqı artıq kralları və hökmdarları devirməyə başlayıb...

Murad Şahməmmədov

O.M.