İranlı Ayətullah Facebookdan istifadəni günah sayır

İranlı Ayətullah Facebookdan istifadəni günah sayır

7 Yanvar 2012 14:37
775
Bəyəndim (0) Bəyənmədim (0)
"Yalnız dini məzmunlu saytlardan istifadə etmək günah sayılmır, əksinə, imanı gücləndirdiyi üçün savab sayılır"

İranın yüksək rütbəli Ayətullahı Lotfolla Safi Qolpayqani Facebookda profil açanları günaha batmış adlandırıb. İran mətbuatının məlumatına görə, Ayətullah sosial şəbəkənin məzmunca islama zidd olduğunu bildirib: "İstənilən veb-saytlara daxil olmaq günahdır. Onlar mənəviyyata zərbə vurmaqla və dinə inamı azaltmaqla məşğuldur. Bu isə şəriət qaydalarına görə ən böyük günahdır və qadağandır. Yalnız dini məzmunlu saytlardan istifadə etmək günah sayılmır, əksinə, imanı gücləndirdiyi üçün savab sayılır. "

Xatırladaq ki, hazırda İranda sosial şəbəkələrdən istifadəyə maneələr qoyulsa da, 17 milyona qədər insan Facebook istifadəçisidir.

Mollalar bir vaxtlar avtomobilə də şeytan arabası deyirdilər...

Aqil Hüseynov

O.M.