Prezident cərrahi əməliyyatdan sonra etiraf etdi

Prezident cərrahi əməliyyatdan sonra etiraf etdi

5 Yanvar 2012 11:22
Bəyəndim (0) Bəyənmədim (0)
"O dünya var və sorğu-sualı çox çətin olacaq, mənim həyata baxışlarım tamamilə dəyişdi"

Argentina prezidenti Kristina de Kirşner üzərində aparılmış cərrahi əməliyyat uğurla nəticələnib. Əməliyyat 4 yanvar günü Buenos Ayres xəstəxanasında baş tutub. Ötən ayın sonlarında 58 yaşlı ölkə rəhbərinin qalxanabənzər vəzində xərçəng aşkar edilmişdi. Xəstəlik ilkin mərhələdə olduğu üçün cərrahi əməliyyata icazə verildi. Ölkənin tanınmış onkoloqları bir araya gələrək Kristina de Kirşneri əməliyyat edəcək komandanı yaratdı.

Hazırda prezident özünü gümrah hiss edir və yaxın 20 gün ərzində reabilitasiya kursu keçəcək. Bu dövr ərzində onun vəzifəsini vitse-prezident Amado Budu icra edəcək. Əməliyyatdan bir neçə saat sonra özünə gələn prezident ilk olaraq bu sözləri deyib: "O dünya var və sorğu-sualı çox çətin olacaq, mənim həyata baxışlarım tamamilə dəyişdi".

Xatırladaq ki, 2007-ci ildə ilk dəfə prezident seçilən Kristina de Kirşneri 2011-ci ilin 23 oktyabr günü ikinci dəfə prezident vəzifəsinə seçildi.

Belə getsə, sadə insanların ona qarşı baxışları dəyişəcək...

Murad Şahməmmədov

O.M.